!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ səfirləri Kiyevə hərbi yardım üçün əlavə 5 milyard avro ayrılması barədə razılığa gəldilər

!Reklam – Yazi

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri cari ildə Avropa Sülh Fondundan Kiyevə silah tədarükü üçün əlavə 5 milyard avro ayrılması barədə razılığa gəliblər.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ Şurasının X sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, bununla bağlı qərar Aİ xarici işlər nazirlərinin martın 18-də Brüsseldə planlaşdırılan görüşdə qəbul edilməlidir.

Daha əvvəl bildirilib ki, Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələrin alınması üçün 125 milyon funt-sterlinq (160 milyon dollar) məbləğində əlavə vəsait ayıracaq. Bununla da Kiyevə verilən PUA-ların sayı 10 minə çatacaq./Azertag/

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv