!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ “Twitter”i Rusiya dezinformasiyasının ən böyük mənbəyi kimi tanıdı

!Reklam – Yazi

Avropa İttifaqı “Facebook”, “Google” və “TikTok” da daxil olmaqla texnoloji şirkətlərin dezinformasiyaya qarşı mübarizədə hansı işlər gördüyünə dair hesabatlar dərc edib. İlon Maskın X platforması (keçmiş “Twitter”) Rusiya dezinformasiyasını və təbliğatını yaymaq üçün ən böyük vasitə kimi tanınıb.

Bu barədə Yenicag.az “Bloomberg”ə istinadən xəbər verir.

Avropa Komissiyasının vitse-prezidenti Vera Yurova bildirib ki, platformalar gələn il keçiriləcək milli və Avropa seçkilərindən əvvəl hərəkətə keçməlidir.

“Bu, həm rusiyalılara, həm avropalılara, həm də dünyanın qalan hissəsinə yönəlmiş kütləvi manipulyasiya silahıdır. Üstəlik, Avropa seçkilərimizə qədər Kremlin və digərlərinin fəal olmasını gözləməliyik”, deyə o bildirib.

Əksər əsas platformalar faktların yoxlanılması və digər tədbirlər üçün sənaye standartlarını təyin etmək məqsədi daşıyan könüllü davranış kodeksi üzərində Aİ ilə işləmək barədə razılığa gəliblər. İttifaq həmçinin problemin miqyasını qiymətləndirmək üçün pilot layihə həyata keçirib.

“X, keçmiş “Twitter” artıq kodeksə əməl etməyən, ən çox dezinformasiya yazısı olan platformadır”, deyə Yurova bildirib.

O, platformaların Rusiyanın təsirinə qarşı mübarizə üçün bir sıra addımlar atdığını qeyd edib. “Google” İttifaqa bildirib ki, ilin ilk dörd ayında Rusiya dezinformasiyasında iştirak edən 400-dən çox kanalı bağlayıb. Bu arada, “Meta”, Aİ-də fakt yoxlama üzrə tərəfdaşlığını 22 dilə qədər genişləndirdiyini söyləyib.
Platformalarda kontenti tənzimləyən “Rəqəmsal xidmətlər haqqında” yeni Aİ qanunu keçən ay qüvvəyə minib.

“Twitter” çox böyük onlayn platforma olduğuna görə təbii ki, sərt qanunlar çərçivəsində öhdəliklər var. Beləliklə, mənim “Twitter”ə mesajım budur: siz sərt qanunlara əməl etməlisiniz və biz sizin nə etdiyinizi izləyirik”, deyə Yurova bildirib.

Yurova həmçinin bildirib ki, şənbə günü seçkilər keçirən Slovakiyada Rusiya dezinformasiyasının axını xüsusilə yüksək olub.

“Slovakiya Rusiyanın Kreml və müharibə tərəfdarlarının narrativləri üçün münbit zəmin olan ölkə kimi seçilib”, Aİ rəsmi deyib və əlavə edib ki, “Facebook” və “Google” Aİ-nin təzyiqindən sonra saxta xəbərlərlə mübarizə səylərini gücləndirmək üçün addımlar atıb.

Xatırladaq ki, İlon Mask ötən il “Twitter”i 44 milyard dollara alıb və adını X qoyub. Son vaxtlar o, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı qalmaqallı açıqlamalar verir. Mask keçən il Pentaqon rəsmilərinə Rusiya prezidenti Vladimir Putinlə danışdığını etdiyini etiraf edib./qaynarinfo

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv