!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AİB Azərbaycanda iqtisadiyyatın artım proqnozunu yüksəldib

!Reklam – Yazi

Asiya İnkişaf Bankı (AİB) sentyabr hesabatında Azərbaycanda 2022-ci ildə ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu yüksəldib.

Yenicag.az xəbər verir ki, ölkənin ÜDM artımının 2022-ci ildə 4,2 faiz olacağı gözlənilir. Əvvəlki proqnozda isə bu rəqəm 3,7 faiz idi.

AİB-nin 2023-cü ildə Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozları dəyişməyərək 2,8 faiz səviyyəsində qalıb.

“2021-ci ilin eyni dövründəki 2,1%-dən 2022-ci ilin birinci yarısında artım 6,2%-ə yüksəlib, çünki iri karbohidrogen sənayesi istisna olmaqla, iqtisadiyyat 9,6% artıb. Xidmətlər 9,6% artıb ki, bu da nəqliyyatda, pərakəndə satışda canlanmanı əks etdirir. Eyni zamanda pandemiya ilə bağlı səyahət qadağalarının aradan qaldırılmasından sonra turizm sənayesində əlavə dəyər ikiqat artıb. İstehsal tikinti materialları və metallar, qida və toxuculuqda güclü artımın təsiri ilə 4,5% artıb. Neft və qaz hasilatının artması səbəbindən minerallar 2,5%, tikinti isə 7,7% artıb”, – hesabatda deyilir./Trend/

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv