!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ailə – milli-mənəvi dəyərlərin daşıyıcısıdır” adlı tədbirlərin təşkili layihəsinə başlandı

!Reklam – Yazi

İnsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi “Ailə – milli-mənəvi dəyərlərin daşıyıcısıdır” adlı tədbirlərin təşkili layihəsinə başlayıb.

Bu haqda İB sədri Səidə Qocamanlı xəbər verib. Onun sözlərinə görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: “Layihə 4 ay müddətində həyata keçiriləcək və Zaqatala, Balakən, Masallı və Astara rayonlarını əhatə edəcək. Əsas məqsədimiz gənc nəslə milli-mənəvi, əxlaqi dəyərləri mühafizə etməyi, milli ailə dəyərlərini özündə birləşdirən müasir ailə qurmağı və onu qorumağı təbliğ etməkdir”.

Layihə Dəyirmi Masada müzakirələr formatında həyata keçiriləcək və hər rayonda 1 dəfə təşkil olunacaq tədbirə ümumilikdə 100 nəfər cəlb ediləcək:

“Tədbirlərdə əhali qrupu , yerli icra hakimiyyəti, bələdiyyə və icma nümayəndələri, gənclər, rayonlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, eləcə də media nümayəndələri iştirak edəcək. Əsasən getdikcə cəmiyyətimiz üçün ciddi bəlaya çevrilən boşanmalar və onların yaratdığı fəsadlar, qarışıq ailələrdə milli dəyərlərin qorunması, qloballaşan dünyada sosial şəbəkələrin ailədaxili münasibətlərə təsirini müzakirə etməyi planlaşdırırıq. Düşünürük ki, bölgələrdə belə Dəyirmi Masaların keçirilməsi xüsusilə faydalı olacaq, əhali, gənclər, milli-mənəvi, əxlaqi dəyərlər, eləcə də tarixi köklərimiz haqda daha geniş bilgi əldə edəcəklər, milli ailə və müasir ailə haqda fikir mübadiləsi aparacaq, bir daha milli –mənəvi dəyərlərimizin ailələrdə qorunub gələcək nəsillərə ötürülməsində məsuliyyəti və rollarını hiss edəcəklər. Eyni zamanda iştirakçılar boşanmalar və fəsadlar haqda düşüncələrini bölüşəcək, mütəxəsislərin rəyləri və statistik məlumatlarla tanış olacaqlar, eyni zamanda gənclər yaşlı nəslin nümayəndələri ilə birlikdə fikir mübadiləsi aparacaq və onların nəsihət və tövsiyələrindən bəhrələnəcəklər. Var olan problemlərin ictimailəşdirilməsi, müxtəlif baxış bucaqlarından müzakirə edilməsi düşünürük ki, ailədaxili problemlərin aradan qaldırılması üçün faydalı olacaq”.

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv