!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ailəsi ola-ola ailəsizlik yaşayan uşaqlar... - Psixoloqdan həyəcan təbili

!Reklam – Yazi

Deyirlər, uşaq evin güzgüsüdür. Bu gün bu güzgüdə nələrin əks olunduğunu düşünəndə narahat olmamaq mümkün deyil.

Bu gün ailələrdəki narazılıqlar, bir-birinə güzəştə getməmək eqosu tez bir zamanda məhkəmə zallarına qədər gedib çıxır. Və ən ağır travmanı da uşaqlar yaşayır.

Yenicag.az xəbər verir ki, psixoloq Aidə Sübhan bu məsələ ilə bağlı narahatlığını bildirib.

Psixoloqun toxunduğu daha ciddi məqamlar da var:

“Son zamanlar boşanmalar həddən artıq çox artıb. Gün ərzində 30-35 boşanma halı qeydə alınır. Bu, Azərbaycan üçün kifayət qədər böyük bir rəqəmdir. Sözsüz ki, boşanmalar istər böyüklərin, istərsə də uşaqların psixologiyasına çox mənfi təsir edir. Cəmiyyətdə bu mövzu ilə bağlı böyük bir aqressiya və gərginlik açıq-aydın sezilir. Boşanmaların yaratdığı panik əlamətləri, çaşqınlıq da var. Bugünkü boşanmaları iki bir-birindən bezmiş, yorulmuş insanların ayrılması kimi qəbul etməməliyik. Boşanmalar artıq bütöv bir nəsillər arasında qlobal problemə çevrilir. Və bu boşanmaların uşaqlara mənfi təsirləri yansıdılır. Məsələ də orasındadır ki, boşanmalar bizdə o qədər faciəvi qarşılanır ki, cütlüklər heç bir halda səmimi ayrılmaq istəmirlər. Adi insani münasibətləri saxlamaqda çətinlik çəkirlər. Bu da uşaqların psixologiyasına çox mənfi təsir edir. Uşaqlarda aqressiya, gərginlik, hər iki valideynə qarşı çox böyük bir inciklik, ruh düşkünlüyü yaranır. Bugünkü gündə əlbəttə ki, həmin o uşaqlarla çalışmaq biz psixoloqlar üçün də çox çətindir. Biz məktəblərə, sinif otaqlarına daxil olsaq, hər 30 uşaqdan 10-nun ailəsində boşanmalar, digər 10 uşağın ailəsində isə hər iki valideyn olsa da, sanki ailə bağlarının qırılmış bir vəziyyəti müşahidə olunur. Mən o cür uşaqları belə adlandırıram: ailəsi ola-ola ailəsizlik yaşayan uşaqlar… Həmin uşaqlar da psixoloji olaraq çox ağır bir dönəm yaşayırlar. Ən əsası da ona görə ki, onlar bu gün daim evdə konflikt görürlər. Belə uşaqlar daha ağır risk qrupuna aiddirlər”.

Psixoloq valideynlərə müraciət edərək bildirib ki, uşaqların psixologiyasını nəzərə alaraq, onları dava-dalaşdan uzaq tutun:

“Bir psixoloq kimi onu demək istəyirəm ki, hər bir valideyn öz uşağının psixoloji durumu üçün narahat olmalıdır. Dava-dalaş, konflikt travması ilə böyüyən uşaqlar bizim genefond üçün birbaşa zərbədir. Bundan çıxış yolu uşaqları belə intriqalardan, söz-söhbətlərdən uzaq tutmaqdır. Boşananda da səmimi, dostcasına ayrılmaq lazımdır. Çünki hər iki valideyn bilməlidir ki, onların sonrakı münasibətləri övladlarının həyatına birbaşa təsir göstərəcək”.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv