!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AK Partiya son seçkilərdə nədən uduzdu? – Türkiyəli siyasi şərhçi ŞOK səbəbi AÇIQLADI

!Reklam – Yazi

“Sonuncu bələdiyyə seçkilərində AK Partiya seçiciləri seçki məntəqələrinə getmədi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən “Ülke TV” kanalının baş direktoru, siyasi təhlilçi Hasan Öztürk deyib.


Müsahibimiz Türkiyədə baş tutan bələdiyyə seçkilərindən, habelə hakim partiyanın əsas şəhərlərin bələdiyyə sədrliyi postunu CHP-yə uduzmasından söz açıb.

Analitik bəyan edib ki, AK Partiya seçicilərinin əhəmiyyətli bir hissəsi, aztəminatlı qruplar, imkansız ailələr və təqaüdçülər idi ki, son seçkidə onlar, demək olar ki, iştirak etmədi.

“20 ildən sonra ilk dəfə Türkiyədə seçkilərə gedənlərin nisbəti 78% olaraq qaldı. Buna qədər ən aşağı nisbət 84% və 85% idi. Həmçinin AK Partiya artıq öz dayaqlarını itirib. Yəni hakimiyyət iqtisadi sıxıntı və inflyasiya şəraitində onu dəstəkləyən geniş sosial təbəqələrin tələblərini ödəyə bilmədi və bu, şübhəsiz ki, narazılığa səbəb oldu”, – deyə o əlavə edib.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bunun əksi olaraq CHP böyük şəhərlərdə təşəbbüsü ələ almaq üçün lazım olanı hər şeyi etdi:

“Bu seçkinin əsas məqamı odur ki, seçicilər AK Partiya qarşısında hansı partiya qalib gələ bilərsə, ona üz tutdular və bununla da AK Partiyaya “sarı vərəqə” göstərdilər”.

CHP-nin bələdiyyə seçkilərində üstünülük qazanması ilə Türkiyədə növbədənkənar prezident seçkilərinin gündəmə gəlməsi ilə münasibətini açıqlayan H.Öztürk bildirib ki, bu məsələni başladan uduzacaq, çünki seçicilər prezidentlik idarə üsulundan razıdır və prezident Ərdoğana dəstəyini hələ də ifadə edirlər.

“Bir daha qeyd edirəm ki, AK Partiyanın burada uduzmasının əsas səbəbi ən çox seçicilərin istəklərinin yerinə yetirilməməsi oldu. Hətta bu gün Prezident Ərdoğan AK Partiyanın Mərkəzi İcra Şurasındakı (MYK) çıxışı zamanı bu problemlərin çoxdan mövcud olduğunu söylədi.

Burada ən önəmli faktor AK Partiyanın 20 illik iqtidarında yeni bir təbəqənin formalaşması və bu təbəqənin xalqdan artıq uzaqlaşmasıdır”, – deyə o yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv