!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb

!Reklam – Yazi

ac7dfeb2de0e7a6fa758694e29d19f4dAzərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib.

Dilçilik İnstitutundan verilən məlumata görə, Tofiq Hacıyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Tofiq Hacıyevin ailəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, akademik bu gün səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya daxil olub. 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib.

Tofiq Hacıyevin “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb. “Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb.

“Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin həmmüəllifi olub. “Azərbaycan ədəbi dili tarixi” (2-ci hissə, 1987) dərsliyinin, “Azərbaycan ədəbi dili tarixi” (1976), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi” (1977), “Azərbaycan dili tarixi” (1983, Kamil Vəliyevlə birgə), “Azərbaycan dili” (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

1962-1968-ci illərdə M.F.Axundov ad. Azərbaycan Pedaqoji Dillər İnstitutunda işləyib.

1969-cu ildən Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışmağa başlayıb. 1970-ci ildən Türkologiya kafedrasının professoru, 1984-cü ildən həmin kafedranın müdiri olub.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifi olub, 19 elmlər namizədi və 4 elmlər doktoru yetişdirib. Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı» ilə təltif olunub(APA).

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv