!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Akademiyada imperiya dövrü üçün olan mövzuların aktuallığı bu günə qədər davam etdi” – REAKSİYA

!Reklam – Yazi

“O zaman mövzu seçimində aktuallıq gözlənilsə də, bu imperiyanın maraqlarına xidmət edirdi”.

Bu fikirləri Milli Elmlər Akademiyasında (AMEA) həyata keçirilən struktur dəyişikliklərinə münasibət bildirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.Professorun fikrincə, bu qərar həmin sahədə vəziyyətin yaxşıya doğru dəyişməsi üçün irəli doğru addım kimi qiymətləndirilə bilər:

“Əgər Akademiyanı təhsil sahəsi ilə müqayisə etsək, təhsilin köhnə quruluşdan yenisinə keçdiyini görərik. Azərbaycan Bolonya prosesinə qoşuldu, bakalavr-magistr sistemi tətbiq olundu, kurikulum sistemi qəbul edildi və sair.

Ancaq, təəssüf ki, Akademiya sovet dövründə necə idisə, elə də qaldı. Yəni bu qurum yeni, liberal-demokratik quruluşun heç bir dəyərini özündə tətbiq edə bilmədi. Akademiya partiya nəzarətindən kənar qaldıqdan sonra bütün qüsurlar qabarıqlığı ilə ortaya çıxdı.

Akademiyada seçkilər keçirdilər, talantlı alimlər qıraqda qaldı, ancaq istedadsızlar irəli çəkildi, onlara şərait yaradıldı. Bundan başqa, yerliçilik, tanışlıq zəminində müdafiələr təşkil olundu. Ona görə də vəziyyət bu yerə gəldi.

Akademiya ilə bağlı ən əsas qüsurlardan biri də orada Azərbaycan üçün aktuallıq kəsb edən mövzuların seçilməməsi, işlənməməsi idi. Yenə sovet dövrünü xatırlasaq, o zaman mövzu seçimində aktuallıq gözlənilsə də, bu, imperiyanın maraqlarına xidmət edirdi.

Təəssüf ki, Akademiyada Moskva üçün, imperiya dövrü üçün olan mövzuların aktuallığı bu günə qədər davam etdi. Ümid edək ki, artıq bundan sonra Azərbaycan üçün vacib olan, dövlətimizin maraqlarına xidmət edən mövzular aktuallaşacaq və işlənəcək”.

A.Zeynalov

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv