!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akademiyanın arzuolunmaz siması: "Mehdiyev artıq öz aqibəti ilə barışmalıdır" - Deputat şərhi

!Reklam – Yazi

“Süni əngəllər yaradan Ramiz Mehdiyev akademiyaya nə verə bilərdi ki?!”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefa verməsinə münasibət bildirən Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin istefası gözlənilən və arzulanan idi:

“Özünəxas ənənələri olan elm ocağımız rahat nəfəs ala biləcək. Akademiyanın elm ocaqlığından çaxnaşma yuvasına, siyasi hesablaşma məkanına çevrilməsinə səbəb olan tək isimdir – Ramiz Mehdiyev.

Milli kadrlara, vətəncanlı insanlara əlinə düşən hər fürsətdə maneələr, süni əngəllər yaradan Mehdiyev akademiyaya, elmə, təhsilə, gənc kadrlara nə verə bilərdi ki?! Yüksələn ictimai təzyiq qarşısında mənəvi cəhətdən tam aşınmış persona olan Mehdiyev artıq öz aqibəti ilə barışmalıdır. O, hansı sözü eşidir və münasibətlə üzləşirsə, günahkar arayışına çıxmamalı, günahı özündə axtarmalıdır.

Akademiyanın mətbu orqanını şəxsi mənfəət saytına çevirən yaşlı Akademiya prezidenti ona göstərilmiş etimadı heç zaman düzgün qiymətləndirə bilmədi. Və budur: hər kəs sevinir. Əgər sənin gəlişinə deyil, gedişinə sevinirlərsə, bütün keçmiş açıq-gizli əməllərinə görə üzr istəməyə özündə güc tapmalısan”.

Gülşən Şərif

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv