!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akademiyanın Ramiz Mehdiyev fiquru: "Onun kimi adamların istefası..."

!Reklam – Yazi

Bir neçə gündür ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefa verməsi ilə bağlı məlumat gündəmin aktual mövzularından birinə çevrilib. Maraqlı məqamlardan biri Mehdiyevin istefasına sevinən şəxslərə qarşı sərt çıxışlar etməsidir. Eyni zamanda əksər elm və siyasət adamları sözügedən istefanın altında başqa məqsədlərin durduğunu düşünürlər.

Mövzu ilə bağlı Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında qeyd edib ki, Mehdiyevin istefaya gedəndən sonra ölkənin ictimai-siyasi proseslərinə təsir imkanlarının minimallaşdırılması vacibdir:

“Ramiz Mehdiyev kimi adamların istefa vermələri də siyasətdir. Belələri sadəcə yaş amilinə görə və ya evdə oturub kitab yazmaq niyyətilə istefa vermirlər. Bu adamın istefası hələlik rəsmən təsdiqlənməyib. O, sadəcə istefa vermək niyyətinin olduğunu bəyan edib. Ramiz Mehdiyev istefa ərizəsini Prezidentə təqdim edəcək. Ümid edirik ki, Prezident İlham Əliyev onun istefa ərizəsini qəbul edəcək və bununla da Ramiz Mehdiyevin Akademiyadakı hökmranlığına son qoyulacaq. Elə etmək lazımdır ki, bu adamın istefaya gedəndən sonra ölkənin ictimai-siyasi proseslərinə təsir imkanları ümumiyyətlə minimallaşdırılsın. Çünki Ramiz Mehdiyevin “evdə oturub kitab yazmaq” adıyla yenə də bir işlər çevirəcəyi, altdan-altdan suyu bulandıracağı şəksizdir. “Beşinci kolon”un iri çaplı fiqurları heç vaxt boş-bekar otura bilmirlər”.

Gülşən Şərif

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv