Xalq artisti, sevilən sənətkar Akif İslamzadənin xətrinə dəyiblər. Buna görə də telekanallara bir də ayaq basmayacağına söz verib:
Yenicag.az-a açıqlama verən illərin sənətkarı ürəyini bizə boşaldıb:
“Dəfələrlə telekanallara dəvət alıram, amma getdiyimə peşman edirlər. Bir-iki saat oturub müsahibə verirsən, axırda da montaj edib, efirdə cəmi 10 dəqiqəsini göstərirlər. Pult arxasında oturan həm aparıcılıq edir, həm də operatorluq. Heç bir hazırlığı da yoxdur. Bilmir dəvət etdiyi qonağa hansı sualı versin, ya da verməsin. Özünü o qədər ağıllı hesab edir ki, istədiyini montaj edir, istədiyini efirə buraxır. Adama deyərlər ki, məni bəyənmirsənsə, niyə verilişinə çağırırsan?Yox, əgər çağırırsansa, niyə mənim söhbətimi kəsib, efirə yarımçıq verirsən? Mən onda özümü təhqir olunmuş hesab edirəm. Elə verilişlərə getməyin heç mənası yoxdur. Buna görə də çox vaxt dəvətləri qəbul etmirəm”.
Xalq artisti insanlardan uzaq gəzdiyini və bağında dincəldiyini deyib.
Cəvahir
Yenicag.az