!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"AKINCI" QSD ilə ilk atış sınağını uğurla tamamladı - VİDEO

!Reklam – Yazi

Türkiyənin Müdafiə Sənayesi İdarəsi ilə birlikdə həyata keçirilən, tamamilə milli və orijinal səciyyə daşıyan “Bayraktar AKINCI” pilotsuz hücum aparatı sursat inteqrasiyası prosesində daha bir mühüm mərhələni uğurla başa vurub.

Şirkətdən Yenicag.az-a verilən məlumata görə, 14 İyun 2022-ci il tarixində Çorludan havaya qalxan “Bayraktar AKINCI”, “TÜBİTAK SAGE” tərəfindən hazırlanmış “KGK-SİHA-82” (Qanadlı Sükan Dəsti) sursatı ilə dəniz üzərində müəyyən edilən koordinatlarda həyata keçirilən ilk atış sınağını müvəffəqiyyətlə tamamlayıb.

Bu yaxınlarda “Roketsan” tərəfindən hazırlanmış “Teber-82” ilə dəniz səthində uğurlu atış sınağı həyata keçirən “Bayraktar AKINCI” milli aviasiya tarixinin hündürlük rekorduna da sahibdir. Test uçuşlarına davam edən “Bayraktar AKINCI B TİHA” 11 Mart 2022-ci il tarixindəki sınaq uçuşunda 40.170 fut yüksəkliyə qalxaraq Türkiyə aviasiya tarixinin yüksəklik rekordunu qırıb.

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv