!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akkuyu AES-in açılış mərasimi gecikmə ilə baş tutacaq - FOTO/VİDEO

!Reklam – Yazi

Bu gün saat 13.30-da keçiriləcəyi açıqlanan Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasimi gecikmə ilə saat 16.00-da baş tutacaq.

Yenicag.az xəbər verir ki, bu barədə prezident administrasiyasından xəbər verilib.

Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin tədbirə onlayn qoşulacaqlar.

Qeyd edək ki, bu gün Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu AES “nüvə obyekti” statusuna qovuşur.

Birinci blokun istismara verilməsi üçün geri sayımın başladığı layihədə stansiyaya yeni nüvə yanacağının doldurulması ilə daha bir kritik mərhələnin başa çatması gözlənilir.

Ümumdünya Nüvə Assosiasiyasının rəhbəri Sama Bilbao-i-Leon bildirib ki, Akkuyu AES yeni atom elektrik stansiyalarının tikintisi üçün qlobal simvoldur və Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək.

Yanacaq təhvilindən sonra görüləcək ilkin sınaqlar və hazırlıqlardan sonra ilk aqreqatın işə salınması planlaşdırılır.

Digər üç blokun isə bir il ərzində istismara verilməsi nəzərdə tutulur.

 

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv