!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AKP İstanbulda İmamoğlunun qarşısına onu çıxaracaq

!Reklam – Yazi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda bələdiyyə sədrliyinə irəli sürəcəyi namizəd barədə məlumatlar dəqiqləşir.

Yenicag.az xəbər verir ki, AKP İstanbulda bələdiyyə sədrliyinə namizədini sabah açıqlayacaq.

Yerli medianın xəbərinə görə, partiya keçmiş kənd təsərrüfatı və meşəçilik naziri Murad Qurumu hazırkı sədr və müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun qarşısına çıxaracaq.

AKP-nin bu barədə Qurumu məlumatlandırdığı qeyd olunur. Sosial şəbəkələrdə yayılan videolara görə, Murad Qurum artıq komanda da toplayıb.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv