Reklam: High Technic
hightechnic

AKP yenidən təkbaşına iqtidara gəlir?

317ASP897-43345980Türkiyədə hər keçən gün yenidən seçkilərin keçiriləcəyinə inam artır. Hökumətin qurulmaması və koalisiya danışıqlarının uzanması təkrar seçkini labüd edir. Bəs yeni seçkidə təkbaşına iqtidar ola biləcəkmi? HDP əmanət səslərini qoruya biləcəkmi?

Yenicag.az xəbər verir ki, Türkiyənin ən ciddi araşdırma şirkətlərindən olan SONAR bildirir ki, AKP seçki sonrası dövrdə səslərini artırıb. HDP-də isə 3 faizlik bir eniş müşahidə olunmaqdadır. SONAR-a görə, yenidən seçki keçirilərsə, AKP 42,9, CHP 25,2, MHP 17, HDP 10,3 faiz səs ala biləcək.

Bu da AKP-nin 276 mandat əldə etməsi, yəni yenidən təkbaşına iqtidar olması anlamına gəlir. 

Qeyd edək ki, SONAR daha çox müxalifyönlü araşdırma şirkəti olaraq tanınır.

www.yenicag.az

87