!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Aksesuar İnşaat”ın sahibindən İLGİNC İFADƏLƏR: “Əmim FETÖ-yə hər il 200 min dollar verir”

!Reklam – Yazi

FETÖ terror şəbəkəsinin Azərbaycandakı strukturlarına qarşı aparılan əməliyyatlar çərçivəsində həbs edilmiş iş adamı, “Aksesuar İnşaat” şirkətinin sahibi Murad Qənbəroğlu barəsində istintaq yekunlaşıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu silahlı terror təşkilatına üzvlük ittihamı barəsində cinayət işi qaldırdığı Murad Qənbəroğlunun istintaqını yekunlaşdırıb.

Prokurorluq Qənbəroğlunun 15 ilədək müddətə azadlıqdan məhrum olunmasını tələb edib. Qənbəroğluna qarşı irəli sürülmüş ittihamnamədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) FETÖ terror şəbəkəsi ilə bağlılığı olan şirkətlər barəsində apardığı təhqiqat nəticəsində, Murad Qənbəroğluna məxsus “Aksesuar İnşaat” şirkətinin “gülənçi”lərlə əlaqəsi təsbit edilib.

Bildirilir ki, “Aksesuar İnşaat”ın sabiq sahibi Səlamət Qənbəroğlu şirkəti 2016-cı ildə qardaşı oğlu Murad Qənbəroğluna verib.

İttihamnamədə şübhəlinin FETÖ-nün Azərbaycan şəbəkəsində aktiv rol oynadığı vurğulanıb. Murad Qənbəroğlu istintaqa ifadəsində özünün deyil, əmisinin FETÖ ilə bağlı olduğunu iddia edib. O, “Bank Asya”ya 891 min lirəni də, məhz əmisinin təlimatı əsasında köçürdüyünü bildirib.

Əlavə edib ki, əmisi hər il FETÖ-yə 200 min dollar məbləğində pul verir. Terror şəbəkəsinin Azərbaycandakı maliyyə təminatı haqqında da danışan Murad Qənbəroğlu konkret ad çəkib:

“Azərbaycanda pulları Həmzə Kabaca adlı bir nəfər toplayırdı, əmim də o adama pul verirdi. “Aksesuar İnşaat”ın FETÖ ilə heç bir əlaqəsi yoxdur. Ancaq əmim həmişə, şirkətin adını Fətullah Gülənin qoyduğunu deyirdi”.

Yenicag.az bildirir ki, FETÖ-nün “imam”larından biri, “Dialoq Avrasiya” Platformasının rəhbəri Mustafa Saatçı da Azərbaycandan qaçana qədər, bir müddət “Aksesuar İnşaat”da rəhbər vəzifədə çalışıb.

www.yenicag.az

15805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv