!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aksiyada verilmiş mesajlar: "Azərbaycan tərəfi artıq öz istəyinə çatıb"

!Reklam – Yazi

“Rusiya erməni separatçılarının rahat şəkildə qanunlarımızı pozması və ərazilərimizdəki təbii sərvətləri talan edə bilməsi üçün əlindən gələni edir”.

Bu sözləri Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşada keçirdiyi etiraz aksiyasının mümkün təsirlərini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəticənin necə olmasından asılı olmayaraq məlum aksiyada verilmiş mesajlarla Azərbaycan tərəfi artıq öz istəyinə çatıb:

“Aksiyanın keçirilməsi kifayət qədər ciddi hadisədir. Birincisi, aksiya iştirakçıları ermənilərin rus sülhməramlılarının dəstəyi ilə ərazilərimizdə ekoloji terror törətdikərini bütün dünyaya çatdıra bildilər.

İkincisi, hər kəs rus sülhməramlı kontingentin öz üzərinə düşən vəzifəni yerinə yetirmədiyini gördü.

Əslində sülh missiyasını yerinə yetirməli olan kontingent açıq şəkildə antiAzərbaycan mövqeyi nümayiş etdirir və tək işləri separatçı rejimi qorumaqdan ibarətdir. Ekoloqlarımızın, rəsmi qurumlarımızın monitorinq aparmasına şərait yaradılmaması, dinc Azərbaycan insanının, QHT təmsilçilərinin qarşısına ağır silahlarla silahlanmış hərbçiləri düzmək və bütün çağırışlara, tələblərə baxmayaraq rus sülhməramlılarının rəhbəri Volkovun aksiya iştirakçıları ilə görüşməməsi onu sübut edir ki, Rusiya prosesdə konkret tərəf olaraq çıxış edir və erməni separatçılarının rahat şəkildə qanunlarımızı pozması, ərazilərimizdəki təbii sərvətləri talan edə bilməsi üçün əlindən gələni edir.

Aksiyanın üçüncü ən vacib mesajı isə odur ki, Azərbaycanın istənilən vaxt Laçın dəhlizini bağlamaq gücündə olduğu ilə bağlı mesaj verib. Belə ki, artıq 5 saata yaxın vaxt ərzində yolun bağlanması separatçı rejimə buranın sahiblərinin kim olduğunu başa salmaq baxımından kifayət qədər uğurlu addımdır”.

Gülşən Şərif

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv