!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aksiyalar Kataloniyaya 7 milyon avrodan çox ziyan vurub

!Reklam – Yazi

İspaniyanın İnkişaf Nazirliyi Kataloniyada keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşların dövlətə 7,3 milyon avro zərər vurduğunu hesablayıb.

Yenicag.az xəbər verir ki, ən çox zərər regionun nəqliyyat sektoruna dəyib. Qurumun məlumatına əsasən, Barselona aeroportu onlarla reysin təxirə salınması ilə nəticələnən mitinq səbəbindən bir gündə 1,2 milyon avro itirib. Etiraz aksiyalarının keçirildiyi günlərdə müəssisələrin itirdikləri gəlir isə təxminən 4 milyon avroya bərabərdir.

Xatırladaq ki, oktyabrın 14-də İspaniya ali məhkəməsi müstəqillik barədə qanunsuz referendumun təşkilində ittiham olunan siyasətçiləri 9 ildən 13 ilədək həbs cəzasına məhkum edib. Məhkəmə qərarı elan edildikdən sonra Kataloniyada iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları başlayıb. Müstəqillik tərəfdarlarının təşkil etdiyi izdihamlı aksiyalar zamanı azı 182 nəfər xəsarət alıb, 52 nəfər polis tərəfindən saxlanılıb./AZƏRTAC/

www.yenicag.az

16990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv