!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aksiyaya hazırlaşan qadınlara XƏBƏRDARLIQ

!Reklam – Yazi
Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, polis əməkdaşları tərəfindən aksiyanın qarşısı qətiyyətlə alınacaq”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Bakıda Fəvvarələr Meydanında (“McDonalds”-ın qarşısından) “8 marş -Susa bilmirik!” şüarı ilə yürüş keçirmək istəmələri ilə bağlı hazırlıqlara başlayıblar. Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv