Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Aktauda Azərbaycan Gəncləri Günü qeyd edildi - FOTO

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunda 2 fevral – gənclər günü ilə əlaqədar tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Baş konsulluq tərəfindən təşkil olunmuş tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli mədəni cəmiyyətinin nəzdində fəaliyyət göstərən gənclər təşkilatının üzvləri, Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə həmçinin azərbaycanlı gənc rəssamlar – Elmira Ağayeva, Elmira Mürsəliyeva, Raziyə Məhəmmədrəsulovanın rəsm sərgisi təşkil olunub.

Tədbiri Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov açaraq, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral – Gənclər gününün tarixindən danışdı. O, gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasətin Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, Gənclər və İdman nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, çox saylı dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramlarının təsdiq edilməsi ölkəmizin gənclərimizə verdiyi yüksək dəyər və qayğısı olduğunu bildirib. E.Zeynalov, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərimizlə bağlı həyata keçirilən çox saylı tədbirlər haqqında danışaraq, çoxsaylı istedadlı gənclərin xarici ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almaları, gənclərimizin idmanın müxtəlif növlərində uğur qazanmaları ölkəmizin gənclərimizlə bağlı həyata keçirdiyi uğurlu siyasətinin bir hissəsi olduğunu qeyd edib.

Daha sonra Baş konsulluğun əməkdaşı Kamil Ağayev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən vətəndaş təşəbbüsü olaraq könüllü yaradılmış “DAOS virtual şəbəkəsi”nin təqdimatı keçirilib. K.Ağayev saytın məqsəd və vəzifələrindən danışaraq, dünya azərbaycanlılarının əlaqələndirilməsi üçün yaradılmış daoz.az saytının xaricdə yaşayan soydaşlarımıza virtual olaraq Vətəni hiss etdirmək, soydaşlarımızın öz yazılarını, fikirlərini, hər hansı yaradıcılıq işini, gündəlik fəaliyyətini, şəkillərini ekspromt olaraq paylaşa biləcəkləri haqqında məlumat verib.

Daha sonra Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələr adından Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetin 3-cü kurs tələbəsi Əzizə Hüseynova çıxış edərək, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından, yaradılmış şəraitdən danışdı.

Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli mədəni cəmiyyətinin nəzdində fəaliyyət göstərən gənclər təşkilatının sədri Orxan Salahov son illərdə Manqista vilayətində yaşayan azərbaycanlı gənclərin Qazaxıstanın ictimai-siyasi həyatında göstərdiyi fəaliyyətdən, xüsusi ilə idman sahəsində azərbaycanlı gənclərin Qazaxıstan, Asiya və dünya miqyaslı yarışlarında əldə etdiyi nailiyyətlərdən danışdı. O, azərbaycanlı gənclərin müxtəlif dövlət tədbirlərində yüksək səviyyədə təmsil olunmalarının dost, qardaş Qazaxıstanda azərbaycanlıların nüfuzunun daha da artırılmasına xidmət etdiyini vurğulayaraq, bu istiqamətda daha aktiv fəaliyyət göstərilməsinin vacibliyini bildirdi.

Çıxışlardan sonra 2 fevral gənclər günü ilə bağlı hazırlanmış tort vilayətdəki ən aktiv gənclər tərəfindən birgə kəsildi.

Tədbir gənc muğənni Rəfael Bayramovun ifasında milli və müasir musiqilərlə və rəqslərlə davam etdirildi./Trend/

www.yenicag.az

2796
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM