!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aktrisa xərçəngin qurbanı oldu: “Moskvada əməliyyat olunsa da...” - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, tanınmış aktrisa və pedaqoq Fərqanə Quliyeva bu gün dünyasını dəyişib.

Məşhur prodüser Vasif Ayan Yenicag.az-a açıqlamasında bildirib ki, o, mədə xərçəngindən vəfat edib:

“Doğum günümdə çox üzücü bir xəbər aldım. Milli kinomuzda bir çox gözəl obrazlar yaradan Fərqanə xanım dünyasını dəyişib. Bacısı Sədaqət Kamal ilə danışdım, bildirdi ki, o, uzun müddət idi ki, bu ağır xəstəliklə mübarizə aparıb, mədə xərçəngindən dünyasını dəyişib. Bir ay öncə Moskvada əməliyyat olunsa da, sonradan xəstəlik irəliləyib və ciyərinə metastaz verib. Fərqanə Quliyeva 1975-1979 cu ildə Moskvada, VQİK-də məşhur sovet aktyoru, rejissoru və pedaqoqu Yevgeni Matveyevdən dərs alıb. Özünüz də bilirsiniz ki, VQİK-də təhsil almaq hər adama qismət olası şey deyil. Fərqanə xanım “Gözlə məni”, “Gümüşü furqon”, “Qaladan tapılan mücrü” və bir çox filmlərdə iştirak edib. İllərdir pedaqoji fəaliyyəti var, nə qədər tələbə yetişdirib”.

Vasif Ayan aktrisanın bu gün Xırdalanda dəfn olunacağını bildirib.

Cəvahir

www.yenicag.az

1317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv