Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Aktrisadan İNANILMAZ ETİRAF: "Qismətimdə koronavirusdan ölmək..."

“Koronavirus barədə film, ya serial çəkilsə, böyük məmnuniyyətlə, bu dəhşətli virusa yoluxmuş xəstə obrazını canlandırardım”.

Bunu Yenicag.az-a açıqlamasında aktrisa Günəş Mehdizadə söyləyib:

“Mən dram aktrisası olaraq bilirəm ki, hər bir obrazı canlandırmağı bacarmalıyam. İstərdim insanı düşündürən və eyni zamanda yaxınlarına, sevdiklərinə görə qorxu içində saxlayan bu cür mövzularda nümunəvi filmlər və seriallar çəkilsin. İnsanlarımız belə hallardan məlumatlı olsun. Bunu biz aktrisalar və aktyorlar etməsək, kim edəcək? Xalqımız ürəyə yaxın olan filmlər üçün çox darıxıb. Belə ağır xəstəni canlandırmaq üçün epidemiya barədə ətraflı bilgin olmalıdır. Bir də aktyorun psixikası buna hazır olmalıdır”.

Aktrisa koronavirusa yoluxmaqdan qorxmadığını da deyib:

“Virusa yoluxmaqdan qorxmuram, qismətimdə virusdan ölmək varsa, nə etmək olar”.

Cəvahir

www.yenicag.az

1094