!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aktrisadan “qadın köləliyi”nə KƏSKİN ETİRAZ: “Şiddətin bu qədər artmasının birinci səbəbi...”

!Reklam – Yazi

“Ərimdir, boşansam, məni öldürər” düşüncəsi çox vaxt qadınları dözməyə məcbur edir”.

Bu fikirləri son vaxtlar cəmiyyətdə artan şiddət, qadın qətlləri ilə bağlı narahatlığını dilə gətirən aktrisa Aydan Ağayeva Yenicag.az-a açıqlamasında deyib.

O, bu tip hadisələrin baş verməsinin əsas səbəblərini açıqlayıb:

“Cəmiyyətdə qətl hadisələrinin, şiddətin bu qədər artmasının birinci səbəbi cahillikdir. Hər şeyin təməli ailədən başlayır. Qəlbində mərhəmət hissi olmayan, sevgisiz böyüyən, ailə tərbiyəsi görməyən insanlar sonda qatilə çevrilir.

Söhbət təkcə qadına qarşı təcavüz, qətldən getmir, uşaqlara, dilsiz-ağızsız heyvanlara qarşı da belə amansız ola bilirlər. Hamısının əsasında sevgisizlik, cahillik dayanır.

Kişilər evlənəndən sonra qadına onun ağası, sahibi kimi baxırlar. Onlara elə gəlir ki, qadın onların şəxsi mülkiyyətidir. Qadınlar da öz hüquqlarını bilmir. Bu da savadsızlıqdan irəli gəlir. O, anlamır ki, kişi ilə həyatı bərabər paylaşmaq üçün ailə qurur. Ancaq kişi ağa deyil və qadının kişiyə ağa kimi baxması lazım deyil.

Eyni zamanda, qadın kişinin onunla şəxsi əşya kimi davranmasına icazə verməməlidir. Qadınlarımız bu düşüncədən çıxa bilmir. Cəmiyyət qorxusu onları evdə kölə kimi davranmağa məcbur edir. “Ərimdir, birdən boşansam, məni öldürər” düşüncəsi onları dözməyə məcbur edir.

Ər də öz növbəsində qadının onu tərk etməsini öz kişiliyinə sığışdırmaq istəmir. Amma bu, düzgün deyil. Heç nəyin təminatı yoxdur. Heç kim bilmir, ailə qurandan sonra ömürlərinin sonuna qədər bərabər yaşaya biləcək, yoxsa boşanacaq. Boşananda da normal, mədəni şəkildə ayrılmalısan. Yoxsa ki onu tərk edən qadının arxasınca düşmək, onun hər addımını güdmək, hədələmək, ölümlə təhdid etmək, öldürmək – bunun bir adı var cahillik.

Əfsuslar olsun ki, vəziyyət getdikcə daha da pisləşir. İnsanlar son vaxtlar çox dəyişib, vəhşiləşib, aqressivləşib. Ona görə də bu cinayətlərin sayı sürətlə artır. Cinayət törədilir, kişi həbsə, qadın məzara gedir, sonda uşaqlar bədbəxt olur. Kiminsə himayəsində, necə gəldi böyüyür”.

Cəvahir

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv