Aktrisaya təcavüz edən futbolçumuz ölkədən gedir? – ÖZƏL – Yenicag.Az

Reklam

Reklam

Bir vaxtlar adı seks qalmaqalında hallanan futbol üzrə millimizin üzvü Pərdis Fərcad Azad “İnter”lə yollarını ayıra bilər. Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, ona Türkiyənin aşağı liqa klublarının birindən təklif gəlib. Millimizin oyunçusu gələn təklifə həmin dəqiqə razılaşmasa da, etiraz da etməyib. Menecerinin sözlərinə görə, Pərdis məsələ ilə bağlı qərarını tezlikcə açıqlayacaq.

Hələliksə, futbolçu təklifi “İnter” rəhbərliyi ilə müzakirə etmək fikrindədir. Əldə etdiyimiz məlumata görə, Pərdisin klubdan getmək fikrinə düşməsi keçmiş “bankir”lərin hazırki maliyyə durumu və sponsorsuz klub kimi fəaliyyət göstərməsidir.

Türkiyə klubundan gələn təklif isə olduqca sərfəlidir.

Qeyd edək ki, ötən il “İnter”in və millimizin üzvü Pərdis Fərcad-Azadla bağlı şok faktlar və görüntülər ortaya çıxmışdı. Belə ki, Almaniyalı model-aktrisa Gina-Liza Lohfink 4 il öncə Berlin məhkəməsinə müraciət edərək, ona iki nəfərin təcavüz etdiyini bildirmişdi. Həmin şəxslərdən biri Pərdis olub. O vaxtdan başlanan proses bu yaxınlarda başa çatıb. Məhkəmənin qərarına görə, futbolçumuz 2000 avro məbləğində cərimələnib.

Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 81
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.