!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Aktual Media” bədi-sənədli “Novella” adlı film çəkilişinə başlayıb

!Reklam – Yazi

“Aktual Media” uğur qazanmış Gürcüstan azərbaycanlı gəncliyi haqqında bədi-sənədli film çəkilişlərinə başlayıb.

Bu barədə Yenicag.az-a “Aktual Media”dan bildirilib.

Qeyd olunub ki, bədi-sənədli filmin adı “Novella”dır.

“Təəssüf ki, sovet dövründən bəri Gürcüstan azərbaycanlıları ilə bağlı məqsədyönlü bəzi stereotiplər formalaşıb. Bu stereotiplər bir çoxumuza məlumdur.

Hazırda Gürcüstan azərbaycanlılarının arasında böyük potensialı olan bir gənclik nüvəsi yetişib ki, öz savadları və peşələri ilə ölkə cəmiyyətində aktiv rol oynayır, gün ərzində onlarla insana xidmət göstərirlər. Həmçinin, bu gənclik ölkə hüdudlarının xaricində də faaliyyət göstərərək Gürcüstan kimliyini gücləndirir. Günümüzdə, pedaqoji, tibb, hüquq, incəsənət və daha bir çox sahədə uğurla təmsil olunan gənclik mövcuddur.

Təəssüf ki, bu gəncliyin potensialı və fəaliyyətlərindən həm biz, həm də gürcü icması məlumatsızdır. ‘Aktual Media’ komandası olaraq müəyyən stereotiplərə qarşı adını ‘Novella’ qoyduğumuz bədi-sənədli film çəkmək qərarına gəldik. Yuxarıda qeyd olunan sahələrdə uğur qazanmış gənclərimizin həyat həkayələrini əks etdirən bədi-sənədli film 45 dəqiqəlik olacaq və 7 uğur qazanmış gənc qəhramanın həyat yolunu əks etdirəcək. Bizim ssenarimiz hazırdır, çəkiliş qrupumuz hazırdır, çəkilişlərimizə başlamışıq və fəaliyyətimizi davam etdiririk.

Filmin dəstəkçisi Marneulimizdən olan bir sıra iş adamlarıdır. Gəncliyə dəstək verdikləri üçün onlara təşəkkür edirik və alqışlayırıq. Qarşımızdakı aylarda planlaşdırdığımız ‘Novella’ adlı bədi-sənədli filminin premyerasında siz də onları tanıyacaqsınız. İrəliləyən vaxtlar da bədi-sənədli filmin çəkilişlərinin gedişatı barədə ictimaiyyəti bilgiləndirəcik” , – məlumatda deyilir.

www.yenicag.az

111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv