!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Aktual Məktəb"in məzunlarına Marneuli sertfikat təqdim edildi - VİDEO

!Reklam – Yazi

1 Aprel tarixində Marneulidə “Azərbaycan Evi”ndə “Aktual Media”nın tərkibində fəaliyyət göstərən “Aktual Məktəb” “Jurnalistika Kursu”nun məzunlarına sertfikat təqdim etmə mərasimi baş tutub.

Aktual.ge məlumat verir ki, anşlaqla baş tutan mərasimdə diplomatik nümayəndəliyin təmsilciləri, Marneuli bələdiyyə məclisinin üzvləri, siyasətçilər, QHT rəhbərləri, ictiamiyyətçilər, ziyalılar, mülki fəallar, iş adamları, media rəhbərləri, jurnalistlər və din xadimləri iştirak edib.

Baş tutan mərasimdə çıxış edən aparıcı Natela Əlləzova sözügedən kursun anlamından bəhs edib və “Aktual Media” tərəfindən bölgədə ilk olaraq həyata keçirilən “Aktual Məktəb” Jurnalistika Kursu haqda məlumat verib:

Bu gün buraya toplanmağımızın səbəbi məlumdur, hansı ki, 2021-ci ilin iyul ayının 22-ndə təməli tərəfimizdən, “Aktual Media” – Aktual.ge tərəfindən ilk dəfə regionumuzda, bir ilk olaraq başlatdığımız və adını “Aktual Məktəb” qoyduğumuz sayca ikincisini həyata keçirmiş olduğumuz jurnalistika kursunun məzunlarına sertfika təqdim etmə mərasiminə toplanmışıq…

Əziz qonaqlar, qeyd edək ki, bu gün sertfikat təqdim etmə mərasiminə toplandığımız sayca ikincisi başa çatdırılan “Aktual Media”nın nəzdində fəaliyyətin göstərən “Aktual Məktəb” jurnalistika kursunun məzunları ötən ilin dekabr ayının əvvəlində təlimlərə başlayıb və bu ayın, mart ayının 23`ndə rəsmi olaraq başa çatıb. Diqqətinizə ərz etmək istərdik ki, sözügedən kursumuz 24 məşğələdən ibarət təlimlərdən təşkil edilmişdir. 3 ay davam edən kurslarımzın 1 ayı teorik hissədən, 2 ayı isə praktiki hissədən ibarət olub. Və gənclərin bir neçəsi isə Aktual.ge xəbər portalında kurslar başladıqdan 1 ay sonra staj proqramları keçiblər…

Hörmətli qonaqlar diqqətinizə çatdıraq ki, adını “Aktual Məktəb” qoyduğumuz jurnalistika kursunun həyata keçirməkdə məqsədimiz bölgəmizdə media və jurnalistik sahəyə gənclərin maraqını təşvik etmək, jurnalistik, media sahəsində yetişdirmək və daha sonar onları işlə təmin etməkdir. Bununla bərabər qayəmiz budur ki, bölgəmizdə gənc jurnalistlər yetişsin hansı ki, Gürcüstanımıza, dövlətimizə, insanımıza xidmət göstərsin və həqiqətləri dilə gətirə bilsin, haqsızlıqlar gördükdə onu dünyaya car edə bilsin, doğruları insanlara çatdıra bilsin və xüsusi ilə də dünyamızı təhdit altına alan dezinformasiya kimi xəbərlərlə mübarizə apara bilsinlər. Bunu isə altına xet çəkərək xüsusi ilə diqqətinizə çatdıraq ki, məhz “Aktual Media” və onun nəzdində fəaliyyət göstərən Aktaul.ge xəbər portalı, AktualTv internet telekanalının da missiyası və qayələri az əvvəl qeyd etdiklərimin bir hissəsdir.

3 ay az bir muddet deyil. Biz bu üç ay ərzində nələr çətinliklərlə üzlə şsək də, bir sıra maddi problemlərlə qarşılaşsaq da, fəqət təslim olmadıq… “Təhsil və elm” hər zaman qalib gəlir inancı ilə çıxdığımız yola davam ettik və öz kiçik imkanlarımızla, o cümlədən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Jurnalistika kursu”nu həyata keçirdik. Bu arada bunu da nəzərinizə çatdıraq ki, “Aktual Media” tərəfindən regionda bir ilk olaraq həyata keçirilən “Jurnalistika kursu” çərçivəsində iştirakçılar xəbərlərin yazılması; məqalə yazma tərzləri; reportajların hazırlanması; müsahibə alma texnikası və praktikası; onlayn media və sosial şəbəkələrlə iş; xəbərin obyektivliyi; etika qaydaları; səlis danışıq qabiliyyəti, fikirlərini aydın, qüsursuz ifadə etmək bacarığı və digər aktual məsələlər barədə təlimlər aldılar peşəkar təlimçi-müəllimlərimiz AZƏRTAC-ın Gürcüstan müxbiri Xətai Əzizov və “Mtavari Arxi” telekanalının jurnalisti Ceyhun Məhəmmədəli tərəfindən təbii ki, təlimçilərimizə xüsusi təşəkkür edirik”.

Daha sonra çıxış edən “Aktual Media”nın təsisçisi və baş direktoru İlkin Hüseynov qonaqlara təşrif etdikləri üçün təşəkkür edib və qarşıdan gələn Ramazan aylarını təbrik edib. Media rəhbəri “Aktual Məktəb” 2 “Jurnalistika Kursu”nu uğurla baş çatdırdıqlarını vurğulayaraq, daha bir ilkə regionda imza atdıqlarını qeyd edib.

“Marneulidə 3 ay davam edən və adını “Aktual Məktəb” qoyduğumuz “Jurnalistika Kursu”nun biz, artıq “Aktual Media” olaraq sayca ikincisini həyata keçiririk. Bizə sözügedən kursun uğurla başa çatdığını deməyə əsas verən amillərdən biri də, ölkəmizin müxtəlif bölgələrindən olan gənclərin məmnuniyyətləridir. Kiçik imkanları olan mediamızın, bu kimi əhəmiyyətli bir kursu uğurla başa çatması bizi sevindirir. Və bu gün qürurla ifadə edirəm ki, biz bunu bacardıq, sayca ikincisini həyata keçirdiyimiz jurnalistika kursu uğurla başa çatdı. Bu 3 ay ərzində bölgədə ilk olaraq tam təmənnasız həyata keçirdiyimiz “Jurnalistika Kursumuzun” tələbələrinə eyni zamanda bir sıra sahələrin mütəxəssisləri, siyasətçilər, diplomatlarla da xüsusi seminar görüşlər təşkil edildi… Kursumuzun iştirakçıları, Ukrayna da hələ müharibə başlamadan əvvəl, Tbilisidə Ukrayna səfirliyində oldular və cənab səfir İqor Dolqov tərəfindən onlara seminar keçildi və bizlər də təbii ki, indi olduğumuz kimi elə məhz o vaxtda Ukrayna ilə həmrəyliyimizi ifadə etdik və “Slava Ukrainı” şüarını bilavasitə səfirlikdə dilə gətirdik. Bundan əlavə Gürcüstan Prezident Sarayına ekskursiya səfərimiz oldu və burada Prezidentin sözcüsü tərəfindən seminar görüşümüz oldu. Həmçinin Beynəlxalq hüquq fakultəsinin magistatura məzunu və fəlsəfə magistatura məzunu Kamran Məmmədov “Biz və media” adlı seminar görüşü baş tutdu, o cümlədən “Aktual Media”nın ofisində Qafqaz Univerisitetinin piar meneceri, ürək ağrımız, işğal atlındaki əslən Abxaziyadan olan Tamar Ardaşelia tərəfindən Gürcüstanın işğal altındaki əraziləri barədə seminar görüşə spikerlik etdi. “Qırmızı Körpü” təşkilatının təsisçilərindən Natalia Jaloğania tərəfindən sosial media mövzusunda seminar görüş keçirildi. Bununla yanaşı, Gürcüstan Müsəlmanları İdarəsinin məsul əməkdaşı Hacı Əziz Nəbiyev tərəfindən “İslam və Media” mövzusunda seminarımız oldu. Həmçinin “Aktual Məktəb”in tələbəri Gürcüstanın ən ali orqanı Parlamentdə demək olar ki, bütün siyasi fraksiyaların rəhbərləri ilə xüsusi görüşlər keçirildi və millət vəkilləri öz təcrübələrini, bilgilərini kursumuzun iştirakçıları ilə bölüşdülər və Parlamentin birinci vitse spikeri ilə də ayrıca görüşümüz oldu. Və son olaraq isə tam 10 gün bundan əvvəl, baharın ilk günlərində Türkiyə Cümhuriyyətinin Tbilisidəki səfirliyində fövqaladə və səlahiyyətli səfir Fatma Ceren Yazqan ilə seminar görüş baş tutdu.

Biz artıq bu kursu bitirən bir sıra dostlar artıq media sahəsində çalışmağa başlayıb, bununla bərabər bəzi dostlarda digər müxtəlif qurum/quruluşlarda fəaliyyət göstərməyə bəziləridə yaxın vaxtda Parlamentdə fraksiyaların staj proqramlarına başlayacaq. Diqqətinizə çatdırım ki, ölkədə bir sıra təşkilatlar da 3 aylıq “Jurnalistika Kursu”nda təhsil 1 200 laridən başlasa da bu kurslar bizim tərəfimizdən tamamilə pulsuz olaraq həyata keçirildi. Bunu isə xüsusi diqqətinizə çatdıraq ki, biz eyni zamanda kursumuzun iştirakçılarına iş tapmaq mövzusunda da maksimum yardımcı oluruq… Ötən kursumuzdan 8 nəfər məzun olanların arasından 2 nəfər artıq media sahəsində çalışır və bəzi dostlar isə bir sıra müxtəlif təşkilatlarda fəaliyyət göstərirlər təbii bunların bəziləri bizim tərəfimizdən bəziləri isə “Aktual Media”nın verdiyi sertfikatla işləyirlər”,-deyib İlkin Hüseynov.

Daha sonra çıxış edən qonaqlar öz təbriklərini dilə gətirib və “Aktual Məktəb” də jurnalistika kursunu başa vuran məzunları təbrik ediblər.

Ardından isə “Aktual Məktəb”in “Jurnalistika Kursu”nun 11 məzunu: Aysel Bədəlova, Günay Məmmədova, Xələddin Hüseynov, Aysun Nəbiyeva, Saidə Məmmədova, Elvin Tağıyev, Xuraman Xudayeva, Leyla Məmmədova, Nərimn Səfərova, Fənarə Çovdarova və Elşanə Hüseynovaya sertfikat təqdim olunub. Bununla yanaşı Aktual.ge xəbər portalının əməkdaşları Natela Əlləzova və Xəqani Qocayev təşəkkürnamə ilə ilə “Aktual Media”nın qurucusu və baş direktoru İlkin Hüseynov tərəfindən təltif olunub. Eləcə də, “Otaci” şirkəti tərəfindən kursun məzunlarına müxtəlif hədiyyələr təqdim olunub.

Sonda isə “Otaci” şirkətinə, “iLink” internet provayder şirkətinə, “Şah Yem” fabrikinə, “Melody Şirniyayat Evi”nə və “Mega Market”ə təşəkkür edilib və 3 aylıq kurs çərçivəsində çəkilən fotolardan ibarət video çarx yayımlanıb, ailə fotosu çəkilib və qonaqlar üçün furşet süfrəsi açılıb.

Məlumat üçün bildirək ki, Gürcüstanda “Aktual Məktəb” 2021-ci ilin iyul ayında QHT “Aktual Media”nın nəzdində fəaliyyətə başlayıb. Sözügedən media məktəb Kvemo Kartli regionunda ilk dəfə “Jurnalistika Kursu” həyata keçirib – 24.07.2021 – 24.08.2021.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv