!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Aktual Məktəb"in tələbələri Türkiyə Səfirliyində olub - FOTOLAR

!Reklam – Yazi

Marneulidə fəaliyyət göstərən “Aktual Media”nın nəzdindəki “Aktual Məktəb” jurnalistika kursunun tələbələri martın 22-də Türkiyə Cümhuriyyətinin Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan ilə görüşüblər.

Yenicag.az xəbər verir ki, seminar görüşdə türk diplomat “Aktual Məktəb”in tələbələrini Novruz bayramı münasibətilə təbrik edib və baharın ilk günlərində diplomatik nümayəndəlikdə qəbul etməkdən məmnuniyyət hissi keçirdiyini ifadə edib.

“Aktual Media”nın qurucusu və baş direktoru İlkin Hüseynov və kursun müəllim-təlimçilərindən biri olan Ceyhun Məmmədəlinin də iştirakı ilə Tbilisidəki Türkiyə Səfirliyində baş tutan görüşdə F.C.Yazqan “Aktual Media”nın həyata keçirdiyi jurnalistika kursundan məmnunluğunu ifadə edib və kursun iştirakçılarına uğurlar arzulayıb.

Səfir Türkiyə-Gürcüstan dostluq əlaqələrindən bəhs edib. O, eyni zamanda Azərbaycan-Türkiyə-Gürcüstan – üç ölkə arasındaki münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Diplomat eyni zamanda diqqətə çatdırıb ki, hər üç ölkə bir çox ortaq dəyərlərə və mədəniyyətlərə malikdir.

F.C.Yazqan son vaxtlar Rusiya-Ukrayna böhranından söz açıb və Türkiyənin buradakı mövqeyini “Aktual Məktəb”in tələbələrini anladıb.

Türk diplomat gənclərə Gürcüstanın tarixi abidələrini, mədəniyyət ocaqlarını və müzeylərinə ekskursiya etmələrini tövsiyyə edib.

“Aktual Media”nın baş direktoru İlkin Hüseynov isə, baharın ilk günlərində Türkiyə Səfirliyində olmaqdan şad olduqlarını ifadə edib və Novruz bayramı təbriki ərz edib. Media rəhbəri Türkiyə səfiri F.C.Yazqana Marneulidə sayca ikincisi həyata keçirilən “Aktual Məktəb” barədə məlumat verib, qonaqpərvərliyə və gəncləri bilgiləndirdiyinə görə təşəkkür edib. (Aktual.ge)

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv