!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aktuallığı azalmayan MƏSƏLƏ: “Ötən dövrlərə aid olan problemli kreditlərin qaytarılması, yoxsa silinməsi...”

!Reklam – Yazi

“Problemli kreditlərlə bağlı mübahisələr bir qayda olaraq, məhkəmələrə qədər gedib çıxır”.

Bu fikirləri bankların problemli kreditlər məsələsini hansı yollarla həll etmələrini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamsında deyib.

Onun sözlərinə görə, banklar öz siyasətlərini düzgün qurmalı və kredit verərkən, zəruri təhlillər aparmalıdırlar:“Əvvəla, problemli kreditlərin həcmindən danışdıqda, yalnız faiz göstəricilərini əsas götürmək doğru olmaz. Yəni problemli kreditlərdə ümumi kreditlərin göstəricisinə uyğun olaraq, azalma qeydə alınıb. Lakin bu göstəricinin nəyin müqabilində yarandığı aydın deyil. Ötən dövrlərə aid olan problemli kreditlər qaytarılıb, yoxsa silinib? Bunlar tamam fərqli anlayışlardır. Ona görə də statistikanı tam görmək və şərh vermək mümkün deyil.

Əgər sözügedən kreditlər qaytarılıbsa, bu, bank sistemi üçün yaxşı, yox, əgər həmin kreditlər obrazlı desək, “batıbsa”, bu isə mənfi haldır. Lakin nəzərə almalıyıq ki, problemli kreditlər bütövlükdə bank sistemində həmişə mövcud olub. Onların yaranmaması üçün ilk növbədə ölkənin iqtisadi dayanıqlılığı və inkişafı yüksək səviyyədə olmalıdır. İqtisadiyyatın vəziyyəti nə qədər yaxşıdırsa, problemli kreditlərin həcmi də o qədər kiçik olur.

Həmçinin bankların daha düzgün siyasət qurması önəmli məqamlardan biridir. Yəni banklar kreditin kimə verilməsinin fərqində olmalıdırlar. Kredit verilərkən zəruri təhlillər aparılmalıdır ki, gələcəkdə problemlər yaranmasın. Digər tərəfdən, məhkəmə-hüquq sisteminin üzərinə düşən öhdəliklər də var. Problemli kreditlərlə bağlı mübahisələr bir qayda olaraq, məhkəmələrə qədər gedib çıxır. Bu səbəbdən də qanunlara uyğun hərəkət etmək lazımdır ki, mübahisələr məhkəməyə çıxarılmadan öz həllini tapsın”.

Yusif Səmədzadə

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv