!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aktuallığını itirən SİYASİ ƏMƏKDAŞLIQ: “Şəxsən mən kimlərləsə birləşmək zərurəti görmürəm” – Partiya sədri

!Reklam – Yazi

“Mən sosial-demokratamsa, millətçilər və mərkəzçilərlə birləşməyim necə mümkün ola bilər?”

Bu fikirləri ölkədə fəaliyyət göstərən siyasi partiyalar arasında əməkdaşlıqda yeni mərhələnin başlamamasına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda siyasi partiyalar arasında əməkdaşlıq üçün zəmin yoxdur:

“İndiki şəraitdə siyasi partiyaların bir-biriləri ilə əməkdaşlığına ehtiyac görünmür. Çünki bunun mənası yoxdur. Digər tərəfdən, onsuz da əlli partiya əməkdaşlıq edir də…

Burada söhbət həm də o partiyaların iqtidarla əməkdaşlığından gedir. Ona görə də şəxsən mən kimlərləsə birləşmək zərurəti görmürəm.

Axı mən sosial-demokratamsa, millətçilər və mərkəzçilərlə birləşməyim necə mümkün ola bilər? Yəqin ki vacib mövzu olsa, əməkdaşlıq edərik”.

A.Zeynalov

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv