!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aktyor Məhərrəm Qurbanov Yasamal qəbiristanlığında dəfn ediləcək

!Reklam – Yazi

Aktyor Məhərrəm Qurbanovla vida mərasimi avqustun 22-i saat 11:00-da “Təzə Pir” məscidində olacaq.

Yenicag.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, avqustun 19-da beyin insultu diaqnozu ilə xəstəxanaya yerləşdirilən aktyor M.Qurbanov bu gün vəfat edib.

Xatırladaq ki, M.Qurbanov 1959-cü ildə Gəncədə anadan olub. Uzun müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrda fəaliyyət göstərib. Geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır. Aktyor “Qız Qalası”, “Ərazi” filmlərində də çəkilib./APA/

www.yenicag.az

1062
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv