!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Aktyorların adından istifadə edib pul alır...” - İslam kimin PAXIRINI AÇDI?

!Reklam – Yazi

“Aktyorların adından istifadə edir, pul alıb zay bir şey çəkirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktyor İslam Mehrəliyev “Gül kimi şou”da deyib.

O, kino sektoru ilə bağlı mövcud vəziyyətdən danışaraq təəssüflənib:

“Tanıyanlar da bilir, əgər kiminsə filmində çəkilmək istəmirəmsə, çəkilmirəm. Lap 3-5 qat əlavə qonorar versələr də… Çünki mənim üçün qonorar, pul önəmli deyil. Belə bir söz var e. pul hər şeyi həll edir, amma çox şeyi həll etmir. Mənim üçün də elədir. Filmlərinə çəkildiyim rejissorlar var. Keyfiyyətli, səviyyəli filmlərə çəkilmişəm. Əvvəllər sənətə qiymət verən, filmlərə büdcə ayıranlar var idi.

Hansısa insanlar istəyir ki, Azərbaycanda film sektoru inkişaf etsin. Hansısa yoldan keçən, özünə rejissor deyən meydana çıxmaq istəyən biri gedir həmin şəxsin yanına, deyir mən film çəkirəm, filan adamları çəkəcəm. Aktyorların adından istifadə edirlər. Pulu da alıb, zay bir şey çəkirlər. Pul ayıran da deyir, budur bunların çəkdiyi film?

Artıq peşəkar rejissor da gələndə ona inanmırlar, pul da vermirlər. Buna görə də bu kino sferasını pis günə qoyurlar. Kimsə də gedir ordan-burdan min bir əziyyətlə borc-xərc tapıb film çəkir. Aktyora da deyir ki, qurban sənə, öz cibimdən çəkirəm filmi, qonorar yoxdur, gəl çəkil”.

Nehru

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv