!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aktyorların serial qonorarı və teatr MAAŞI: “Ayda minimum 500 manatdan 2 500 manata qədər...”

!Reklam – Yazi

“Bu gün aktyorun serialdan aldığı qonorar teatrda aldığı maaşdan çoxdur”.

Yenicag.az xəbər verir ki, bu sözləri bir çox serialların rejissoru, aktyor Tərlan Nur Yaşar “Gül kimi şou”da deyib.

O, aktyorların serialda teatrdan daha çox gəlir əldə etdiyini açıqlayıb:

“Aktyor serialda həftədə bir gün çəkilişə gəlir, işini görür, çıxır gedir. Bunun müqabilində ayda minimum 500 manatdan 2 500 manata qədər pul alır.

Ayda 4 gün təşkil edən çəkiliş üçün az məbləğ deyil. Qalan günlərdə də gedib teatrda işləyir. Amma aktyor ay ərzində teatrda çalışıb bu maaşı ala bilmir”.

Rejissor son vaxtlarda sponsorların seriallara az maraq göstərdiyini və bunun aktyorların qonorarına da təsir etdiyini bildirib:

“Əvvəllər bu məbləğ daha çox idi. Çünkü sponsorların bu sahəyə marağı vardı və maliyyə ayırırdılar. Aktyorların aldığı qonorar da daha yüksək olurdu.

Məsələn, mən 2011-ci ildə seriala çəkilib aldığım maaşı bu gün üç serialda çəkilib alıram. İndi sponsorların seriala marağı yoxdur.

Son dönəmlərdə sponsorluq edən şirkətlər daha çox sosial layihələrə yönəliblər və televiziya aləminə maraq göstərmirlər”.

Nehru

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv