!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aktyorun böyük puldan imtina SƏBƏBİ: “İndiyədək görmədiyim çox yüksək məbləğdə...”

!Reklam – Yazi

“Bir müddət öncə Türkiyədə uzun müddət qalmışdım, onda çox sıxıldım”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Xəzər axşamı” verilişində deyib.

Sənətçi Türkiyədən filmə dəvət aldığını, lakin çəkilmək istəmədiyini bildirib. O, bunun səbəbini başqa yerdə uzun müddət qala bilməməsi ilə izah edib:

“Pandemiya vaxtı dalbadal Türkiyədən təkliflər gəldi. Lakin həmin vaxt heç evdən çıxa bilmirdik, nəinki filmə çəkilmək.

Keçən il də yaxşı bir təklif aldım, indiyədək görmədiyim çox yüksək qonarar verirdilər.

Qəbul etmədim, çünki bir müddət öncə Türkiyədə uzun müddət qalmışdım, onda çox sıxıldım.

Uzun müddət başqa yerdə qala bilmirəm. Elə şeylər var, mənim üçün maddiyyatdan ötədir”.

Nehru

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv