Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Albaniya prezidenti Bakıya gəlir

Reklam: Sinerji Pro

Mart ayının 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı forumu keçiriləcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.

Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, “Müasir qərarlarin qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclasların biri də Gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Forumda dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimlərinin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

Albaniya Prezidenti İlir Meta da VII Qlobal Bakı forumunda iştirak etmək üçün Bakıya gələcək.
Qeyd edək ki, Albaniya Prezidenti İlir Meta Bakıda keçirilən əvvəlki forumlarda da iştirak edib. Artıq 5 ildən çoxdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniya hökuməti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Albaniyanın üç sabiq prezidenti – Bujar Nishani, Rexhep Meidani, Sali Berisha Mərkəzin üzvləridir.

 

www.yenicag.az

1486
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM