!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Albaniya Prezidentinin Bakıya gəlişi və mollaların QƏZƏBİ: “Xalq mücahidləri”nin 3 minlik kontingenti...”

!Reklam – Yazi

“Daxili durumu xeyli ağırlaşan İran rejimi Azərbaycana qarşı təxribatları ilə heç nəyə nail ola bilməz”.

Bu fikirləri İranın Azərbaycana qarşı yol verdiyi son təxribatları şərtləndirən səbəblər haqda danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

DAK rəsmisinin sözlərinə görə, Azərbaycanın bır sıra ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməsi fars-molla rejiminin narahatlığını daha da artırır:

“İran rejiminin “hərbi təlim” adı altında Azərbaycanın hava sərhədlərini pozmasına verdiyi “izahat” mollaların riyakar mahiyyətinə tamamilə uyğundur. Rejimin ruporu rolunda çıxış edən media orqanları və o cümlədən onların sosial şəbəkə hesabları bu məsələni İran hakimiyyətinin maraqları prizmasından şərh etməyə çalışır.

Bununla belə, hamımıza aydındır ki, İranın bu davranışları Azərbaycana qarşı düşmənçilik münasibətinin artıq tamamilə açıq xarakter almasından qaynaqlanır. Rejim dəstəkçiləri məlum təxribatçı addımlara və gərginliyi artırmaq cəhdlərinə son qoymaq əvəzinə, Azərbaycanı İsrail, Albaniya kimi ölkələrlə əməkdaşlığı genişləndirməkdə suçlamağa çalışırlar.

Rejimin İsraillə bağlı narahatlığı məlumdur. Albaniyaya gəldikdə isə fars-molla rejiminin bu ölkəyə düşmən münasibətinin konkret səbəbi var. Məsələ ondadır ki, rejimə müxalif olan “Xalq mücahidləri”nin üç minlik əsas kontingenti məhz Albaniyada mənzillənib.

O baxımdan, İran rejimi Albaniya Prezidentinin Bakıya bir neçə gün əvvəl baş tutan səfərindən ciddi narahatlıq keçirərək bunda özü üçün təhlükə axtarmağa girişib. Ancaq aydın məsələdir ki, daxili durumu xeyli ağırlaşan İran rejimi Azərbaycana qarşı təxribatları ilə heç nəyə nail ola bilməz”.

A.Zeynalov

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv