Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib - VİDEO

Reklam: Sinerji Pro

13:11

“Müstəqillik sarayı”nda Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib.

Yenicag.az “Belta”ya istinadla xəbər verir ki, Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.

O, Belarus Respublikası Konstitusiyasına müvafiq olaraq bu məzmunda and içib: “Belarus Respublikası prezidentinin vəzifəsini qəbul edərək, Belarus Respublikası xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağıma və hörmət edəcəyimə, Belarus Respublikası Konstitusiyasına riayət və onu müdafiə edəcəyimə və mənə həvalə olunan yüksək vəzifələri vicdanla yerinə yetirəcəyimə and içirəm”.

A.Lukaşenko and içdikdən sonra 6-cı müddətə prezident kimi vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Belarusda prezidentin səlahiyyət müddəti 5 ildir.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Onun əsas rəqibi Svetlana Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçkinin nəticələri ilə bağlı etirazlar başlayıb. S. Tixanovskya isə təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edərək Litvada sığınacaq alıb.

www.yenicag.az

1203