!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aleksey Naumov: “Separatçılar reinteqrasiya əvəzinə, təxribatla məşğul idilər” - VİDEO

!Reklam – Yazi

“Ermənistanlı millətçilər tərəfindən Rusiyaya püskürdülən qəzəb məni faktları və miflərin siyahısını təqdim etməyə məcbur etdi. Birinci onu qəbul etmək lazımdır ki, Qarabağ – Azərbaycandır. Bu fakt heç kim tərəfindən şübhə altına salınmır. Bütün dünya, Rusiya, hətta Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, politoloq Aleksey Naumov deyib.

A.Naumov qeyd edib ki, bu gün Qarabağda baş verənlər Azərbaycanın daxili işidir və Azərbaycan Silahlı Qüvvələri qanunsuz hərbi dəstələrə qarşı antiterror tədbirləri keçirirlər.

Ekspert Ermənistandakı bəzi dairələrin diqqətinə çatdırıb ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar silahlı toqquşmalarda iştirak etməli deyillər.
“Rusiyalı sülhməramlılar bu gün mülki sakinləri mühafizə etməlidirlər və hazırda onlar məhz bununla məşğuldurlar”.

Ekspert, həmçinin əlavə edib ki, Qarabağdakı qondarma qurumun başçıları reinteqrasiya prosesində iştirak etmək əvəzinə, təxribat və mina tələləri quraşdırmaqla məşğul olub və bütün vasitələrlə özlərinin terrorçu mahiyyətə sadiq qaldıqlarını təsdiq ediblər.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv