!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aleksey Navalnının dəfn tarixi BƏLLİ OLDU

!Reklam – Yazi

Aleksey Navalnının dəfn mərasimi fevralın 29-na təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb. Bildirilir ki, Aleksey Navalnının dəfn mərasimi fevralın 29-na təyin edilib.

Ehtimala görə, o, Moskvada Borisov qəbiristanlığında dəfn oluna bilər.
Troekurovskoye və ya Xovanskoye qəbiristanlıqlarında mümkün dəfn mərasimləri haqqında da məlumatlar var.

“Videoya əsasən, dünən axşam Borisov qəbiristanlığında traktor dayanacaqda qar kürüyüb, ərazi avtomobillərdən təmizlənir və polis hasarda patrul xidməti aparır”, – teleqram kanal yazıb.

Navalnının ailəsinin hələ siyasətçinin dəfn mərasiminin dəqiq tarixini açıqlamadığı bildirilir.

Xuraman Etibarlı

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv