!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Alət çantasından külli miqdarda heroin tapıldı - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb, 3 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şübhəli bilinən rayonun Girdəni kənd sakini Fariz Baxşiyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və əlindəki alət çantasından ümumilikdə 2 kiloqram 805 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan əlavə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – Fərid Əskərov, Xalid Əskərov, Elsevər Məcidov, Habil Cabbarov, Fərrux Cəfərov, Seymur Zəkizadə, Ənvər Lələyev, Kamran Nuriyev, Niyaməddin Qasımov, Həbib Kələntərli və Emin Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

www.yenicag.az

116
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100