!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali məktəblərə qəbulun 2-ci cəhdi üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı

!Reklam – Yazi

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2023-cü il 20 iyun saat 23:59-dək aparılacaq.

DİM-dən Yenicag.az-a verilən xəbərə görə, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.

12 iyun saat 09:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 6547 , II ixtisas qrupu üzrə 5796 , III ixtisas qrupu üzrə 6628 , IV istisas qrupu üzrə 1724 olmaqla, ümumilikdə isə 20695 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv