!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali təhsil haqqında XÜSUSİ QANUN: “Layihədə maliyyə, idarəetmə, yataqxanalar kimi məsələlər...”

!Reklam – Yazi

 

“Tədqiqat yönümlü universitetlər və onların fəaliyyəti ilə bağlı məsələ də layihədə öz əksini tapib”.

Bu fikirləri təhsil qanunvericiliyinin təkmilləşdirilməsi haqda danışan Milli Məcisin deputatı Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda ali təhsillə bağlı xsusi bir qanunun qəbul edilməsinə zərurət var:

“Öncə qeyd etmək lazımdır ki, bu qanun Azərbaycanda ali təhsil sahəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda təhsillə bağlı bir sıra qanunlar olsa da, ali təhsillə bağlı xüsusi bir qanunun qəbul edilməsinə ehtiyac var idi.

Bu məqsədlə sözügedən qanun layihəsi üzərində bir müddətdir ki, geniş iş aparılır, müvafiq dinləmələr keçirilir. Demək olar ki, ali təhsil haqqında qanun layihəsi artıq hazırdır. Hesab edirəm ki, layihədə bir çox məsələlər öz əksini tapıb.

Layihənin girişində təhsillə bağlı anlayışlara aydınlıq gətirilir, eyni zamanda, əsas məsələlərdən biri olan təhsilin məqsədi, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin mahiyyəti əks olunub.

Daha sonra bu gün Azərbaycan cəmiyyətində ali təhsillə bağlı müzakirə olunan bır sıra problemlərə, universitetlərin muxrariyyət məsələsi, o cümlədən, maliyyə, idarəetmə, yataqxanalar kimi məsələlərə də layihədə yer verilib. Həmçinin qeyd edim ki, tədqiqat yönümlü universitetlər və onların fəaliyyəti ilə bağlı məsələ də layihədə öz əksini tapib”.

Nuray Məmmədzadə

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv