!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali təhsil müəssisələri tədrisə distant formada başlayacaq?

!Reklam – Yazi

Sosial şəbəkədə ali təhsil müəssisələrinin yeni tədris ilinə distant formada başlayacağına dair məlumatlar yayılıb.

Təhsil Nazirliyindən Yenicag.az-a bildirilib ki, yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək:

“Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkil ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, təhsil işçilərinin böyük bir hissəsinin vaksinasiya olunması və ali təhsil müəssisələrində 18 yaşdan yuxarı tələbələrdən COVID pasportunun tələb edilməsi 2021-2022-ci tədris ilində təhsil müəssisələrinin ənənəvi təhsil formasına qayıdacağına dair ehtimalları artırıb. Lakin tədrisin konkret hansı formada aparılacağı ilə bağlı hələlik qərar verilməyib.

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv