!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alıcıların cibini “süpürən” SAXTA “ENDİRİM”LƏR: “Buna qarşı ən effektli mübarizə üsulu...”

!Reklam – Yazi

“Mövcud qanunvericilik satış mərkəzlərinə vətəndaşa yalan informasiya verməyi qadağan edir”.

Bu fikirləri market və elektrotexnika mağazalarında “endirimli qiymət” adı ilə vətəndaşların aldadılma hallarına münasibət bildirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.Onun sözlərinə görə, belə halla qarşılaşan vətəndaş yalnız məhkəməyə müraciət etdiyi təqdirdə, nəticəyə nail ola bilər:

“Rəqabət Məcəlləsi hələ ki müzakirə mərhələsindədir və böyük ehtimalla, həmin sənəd gələn ilin ortalarında qəbul edilərək qüvvəyə minəcək. Bəhs olunan məcəllə hələ qəbul olunmadığına görə bu kimi məsələlərdə “Haqsız rəqabət” haqqında qanun və Mülki Məcəllənin tələbləri əsas götürülür.

Bu qanunlarda alıcıların aldadılması qadağan edilir. Lakin orada önəmli bir nüans var: ölkədə bazar iqtisadiyyatıdır və satış edən tərəf qiymətləri müəyyənləşdirməkdə sərbəstdir. Bazar iqtisadiyyatı şəraitində qiymətləri təyin edən bazar subyektləri rəqabət qanunvericiliyini pozmurlarsa, hər hansı məsuliyyət daşımırlar.

Qeyd olunan çərçivədə ən böyük təzyiq üsulu vətəndaşların sosial şəbəkə üzərindən ictimailəşdirdikləri iradlardır. O zaman konkret şirkətin reputasiyası zərbə alır və nüfuzu aşağı düşür. Bununla yanaşı, mövcud qanunvericilik satış mərkəzlərinə vətəndaşa yalan informasiya verməyi qadağan edir. Bəhs olunan neqativ hallar yaşanarsa, şirkət tərəfindən alıcıya məhsulu geri qaytarmaq imkanı yaradılır.

Lakin bu hallara yol verən şirkətin cəzalandırılması üçün zəruri addım atılmır. Yalnız vətəndaş məhkəməyə müraciət etdiyi təqdirdə, müəyyən nəticəyə nail ola bilər. Ancaq hüquqi müstəvidə prosesin uzun sürməsi vətəndaşı bu işdən soyudur. Ona görə də, bunun ən düzgün yolu sosial şəbəkələr üzərindən həmin şirkətləri tənqid etmək və insanları o cür satış mərkəzləri ilə əməkdaşlıqdan çəkindirməkdir”.

Yusif Səmədzadə

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv