!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Alim Qasımovdan İNANILMAZ ETİRAF: “Gizlin səsini yazdım və sonra ondan...”

!Reklam – Yazi

“70 yaşında ondan buna görə halallıq istədim”.

Yenicag.az xəbər verir ki, bunu Xalq artisti Alim Qasımov mərhum ustadı Hacıbaba Hüseynovla bağlı etiraf edərkən deyib.

Bir vaxtlar xanəndənin gizli səsyazılarını yazdığını və buna görə çox utandığını bildirib.

“Tələbə idim, Köhnə “Moskviç” avtomobil var idi. Dərsdən sonra müəllimim Hacıbaba Hüseynovu evinə aparırdım. Məndə öyrənmək qabiliyyəti çətindir. Dedim ki, səsinizi yazım, əvvəl razılaşdı. Sonra dedi, səs yazmaq lazım deyil. Evdə qırmızı ip, gül və balaca mikrofon var idi. Mikrofonu sökdüm, gülün içinə saldım, iplə toxudum, qoydum baqaja. Maqnitafon da böyük. Bir-iki şunur çəkdim maşının içinə. Maşına oturanda başladım sual verməyə. O da cavablandırır, mən də sağa-sola baxıram. Hiss etdi ki, qulaq asmıram. Qayıtdı ki, birdən səsimi yazarsan. Pis hala düşdüm, dedim, nə yazmaq? 70 yaşında ondan buna görə halallıq istədim”.

Alim Qasımov bunu “Fatehin divanı” verilişində deyib.

Cəvahir

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv