Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Alim Qasımovun oğlunu vurdular? - Xalq artisti TƏFƏRRÜATI açıqladı 

Xalq artisti Alim Qasımovun oğlunun toyda dava zamanı gözündən xəsarət alması ilə bağlı xəbərlər yayılıb. Deyilənə görə, onun oğlu Qadirin gözünü əmisi nəvəsi çıxarıb.

Yeniçag.az-a açıqlama verən xalq artisti Alim Qasımov hadisə ilə bağlı bunları deyib:

“Əminəvəsi niyə oğlumun gözünü çıxartsın ki… Gözü yalnız Allah çıxara bilər. Oğlumun gözünə tel dəyib. Şükr salamatçılıqdır. Həkimə apardıq, drman tökdü, indii evdədir. İş olanda olur”.

Mynews.az-a verdiyi məlumata görə, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toyaxşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər də onu vuran şəxsin bıçaqla yaralandığını və hal-hazırda xəstəxanada olduğunu deyirlər.

Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilir.

Hadisənin dəqiqliyi barədə məlumat almaq üçün dəfələrlə əlaqə saxlamağa çalışsaq da, ailə ilə danışmaq mümkün olmadı. Hadisəni dəqiqləşdirməyə çalışacağıq.

Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

1209
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM