!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aliment tələbi, gizlədilən uşaqlar: “Heç kim atanı bundan məhrum edə bilməz” – Hüquqşunas RƏYİ

!Reklam – Yazi

Təəssüflər olsun ki, Azərbaycanda hələ də boşanma mədəniyyəti formalaşmayıb. Bunun acı nəticəsidir ki, övladla görüş üçün məhkəmə qətnaməsi olsa da, tərəflər bir-birlərindən qisas almaq üçün uşağı gizlədirlər. Ana 6 ay-1 il uşağın atası ilə görüşməsinə qarşı çıxır və nəticədə uşaq şantaj vasitəsi kimi istifadə olunur. Boşandıqdan sonra aliment tələb edən qadın uşağın atası ilə görüşməsinə mane olur.

Əslində qanunla aliment, uşaqla valideynin görüşü və digər məsələlər necə tənzimlənir?

Hüquq müdafiəçisi Ellada Bayramova Yenicag.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Təəssüflər olsun ki, Azərbaycanda boşanma sivil şəkildə baş vermir. Qadınla kişi münasibətlərini sivil formada bitirə bilmir. Qadın uşaqdan silah kimi istifadə edir. Atanın uşağını görməsi normaldır və heç kim atanı övladını görməkdən məhrum edə bilməz. Bu, atanın hüququdur və bunu istənilən halda reallaşdıra bilər.

Validenlərin uşaqdan bir-birinə qarşı silah kimi istifadə etmək halları baş verir. Buna görə də belə hallarla qarşılaşdığı zaman şəxs ayrıca iddia kimi məhkəməyə müraciət edir. Uşağın ata, ya ana ilə görüşü tənzimlənir. Burada müəyyən detallar araşdırılır. Validenylərin psixoloji durumu və digər faktorlar nəzərə alınır. Ana etiraz etməsə, uşaq ata ilə də qala bilər.

Uşaq ana ilə qalıbsa, məhkəmə qərarı ilə həftənin müəyyən günləri uşaq atası ilə görüşdürülür. Bəzən isə həftə sonları uşaqlar atada qalır. Bu da qarşılıqlı anlaşma ilə reallaşdırılır. Uşaq 3 yaşına qədər ana ilə qalmalıdır. Ana özü istərsə, ata kifayət qədər qayğıkeşdirsə, uşağı yanında saxlaya bilər.

Alimentin təyin edilməsi bu şəkildə baş verir: əgər kişi heç bir yerdə işləmirsə, sabit pul məbləği olaraq 220 manat aliment təyin olunur. Şəxsin rəsmi iş yeri varsa və bəlli bir məbləğdə məvacibi, eləcə də rəsmi gəlirləri varsa, həmin maaşın və gəlirin 4-də biri ödənilir. Alimentin məbləği də uşağın sayına görə dəyişir”.

Cəvahir

www.yenicag.az

2272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv