!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimlər HEYRƏT İÇİNDƏ: “Qadın qollarını yandırır, lakin heç nə hiss etmir”

!Reklam – Yazi

Şotlandiyada yaşayan Ko Kameron adlı qadın dünyada nadir hallarda rast gəlinən genetik mutasiyaya malikdir. O, bədənində ağrı və iztirabları hiss etmir. Qorxu və narahatlıq ona yaddır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, alimlər xroniki xəstəlikləri olanlarda ağrı yollarının necə bağlana biləcəyini anlamaq üçün Kameronun genlərini öyrənirlər.

65 yaşlı Ko Kameron qollarının yandığını ancaq dərisinin iyindən anlayır:
“Sobadan istifadə edərkən tez-tez əlimi yandırıram. Lakin heç bir ağrı hiss etmirəm. Əlimin yandığını yalnız dərimin iyindən anlayıram”.

Tibbdə anadangəlmə analjeziya adlanan bu xəstəlik tərləmə və qoxu duyğusunun olmaması halında müşayiət olunur. Bu, həmçinin milyonda bir insanda rast gəlinən xəstəlikdir. Alimlər Ko Kameronun vəziyyətinə genindəki “FAAH-OUT” adlı nadir variasiyanın səbəb olduğunu ehtimal edirlər.

Sadiq Cavadov

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv