!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimlər mükafatlandırıldı

!Reklam – Yazi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb.

Yenicag.az-ın məlumatına görə, qaliblərə mükafatları AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

Akademiya prezidentinin 5 aprel 2018-ci il tarixli sərəncamına əsasən, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsi elan olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaqdır.

Müsabiqədə Akademiyanın 46 gənc alimi iştirak edib. Müsabiqənin nəticələrinə görə, mükafata 14 gənc alim layiq görülüb.

Qaliblər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafatlandırılıb.

www.yenicag.az

1445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv