!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimlərdən MƏYUSEDİCİ NƏTİCƏ: Kirayədə yaşayan insanlar daha tez QOCALIR

!Reklam – Yazi

Kirayə evlərdə yaşayan insanlar siqaret çəkənlərə və işsizlərə nisbətən daha tez qocalır.

Yenicag.az xəbər verir ki, bu barədə DailyMail İngilis alimlərinin hesabatına istinadla məlumat yayıb. Britaniyanın Essex Universitetinin ingilis və Adelaide Universitetinin avstraliyalı alimləri kirayəçiləri qorxudan nəticələrə gəliblər.

Alimlər mənzil kirayə götürən insanlarda qocalmanın nə qədər sürətlə getdiyini dəqiqləşdirməyiblər. Ancaq onlar sürətlənmiş qocalmanın səbəbini açıqlayıblar: kirayəçilərin bioloji saatları sahiblərindən daha sürətli işləyir. Hətta işsizlərlə, işləyənlərlə, siqaret çəkənlərlə, heç siqaret çəkməyənlərlə müqayisədə daha sürətli.

Tədqiqatçılar, demək olar ki, 1500 insanla müsahibə apardıqdan, onların tibbi sənədlərini və qan nümunələrini öyrəndikdən sonra bu məyusedici nəticələrə gəliblər.

Təhlillər göstərdi ki, sahiblərin qanı kirayəçilərin qanından DNT metilasiyası dərəcəsi ilə fərqlənir. Yəni kirayəçilər epigenetik deyilən dəyişiklikləri yaşayır, bunun nəticəsində bəzi genlər aktivləşir, digərləri isə əksinə, passivləşirlər.

Aktiv genlər bütün bədəndə bu və ya digər fizioloji reaksiyaya səbəb olan zülalları sintez edir. Passivlər isə heç bir şeyi sintez etmirlər, bu da izsiz keçmir.

Epigenetik saatın pozulmasının dəqiq səbəbi məlum deyil.

Tədqiqat aparan alimlər hesab edirlər ki, kirayəçilər başqasının mənzili üçün mütəmadi olaraq külli miqdarda pul ödəməklə bağlı daimi stress yaşayır.

İnsanlar kirayə mənzil üçün çox pul ödəməkdən əziyyət çəkirlər. Üstəlik, müqavilə əsasında bunu müntəzəm olaraq etməyə məcburdurlar.

Bu mənada kirayə heç bir şəkildə cavanlaşmaya kömək etmir, hətta müntəzəm olaraq artırsa, tez yaşlanmaya səbəb olur.

Lakin bioloji saatı müntəzəm məşq və düzgün qidalanma ilə yavaşlatmaq olar. Bu, təcrübələrlə sübut edilib.

Xuraman Etibarlı

www.yenicag.az

1409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv