!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimləri Şuşaya aparmaq adı ilə aldadan ŞƏXS - FOTO

!Reklam – Yazi

Bir qrup alimi Şuşaya aparmaq adı ilə aldatmaqda ittiham olunan şəxsin fotosu yayılıb.

Yenicag.az xəbər verir ki, aldadıldığını deyən tarixçi alim Arif Gürşadoğlu “İksad Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərovu dələduzluqda ittiham edəndən sonra onun fotoşəklini də sosial şəbəkədə yayıb.

“Ya çıx ortalığa de ki, lap əcəb edib sizi aldatmışam! Ya da de ki, mənlik deyil, filankəslikdi. Biz də işimizi bilək…
Ancaq istənilən halda bu oyundan rahatca çıxacağınıza ümid etməyin!!!”,-deyə Arif Gürşadoğlu Əlvan Cəfərova mesaj ünvanlayıb.

Xatırladaq ki, Arif Gürşadoğlunn iddiasına görə, Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alim aldadılıb. Hər adamdan 70 manat pul alındıqdan sonra cəmi 100 nəfər Şuşaya aparılıb, gedə bilməyən 370 nəfərin pulu isə qaytarılmayıb.

Daxili İşlər Nazirliyi məsələnin araşdırılacağını vəd edib./Moder.az/

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv